SELESTA 75 ML GEL
Əsas maddələr 1 ml-də: Methylsulphonylmethane(Metilsulfonilmetan) 2 mg(mq) , Boswella serrata extract (Bosveliya serrata ekstraktı) 5 mg(mq), Eucalyptus oil (Evkalipt yağı) 1 mg(mq), Thyme oil (Kəklikotu yağı) 1 mg(mq),Clove oil (Mixək yağı) 5 mg (mq), Rosemary oil (Rozmarin yağı) 2 mg(mq), Glucosamine sulphate 2kcl (Qlükozamin sulfat) 2 mg(mq), Chondroitin sulphate (Xondroitin sulfat) 2 mg(mq), Gaultheria procumbens oil (Gaultheria procumbens yağı) 6 mg (mq), Camphor (Kamfora) 20 mg(mq), Menthol(Mentol) 20 mg(mq),Hyaluronic acid( Hialuron turşusu) 1mg(mq), Capsicum(Kapsikum) 1mg(mq).
Köməkçi maddələr: Aqua(Su),Cetyl cetearyl alcohol(Setilsetearil spirti) , Glyceryl stearate (Qliserilstearat), Cetyl esters wax(Setil efirləri mumu) , Besswax(Arı mumu),Stearic acid (Stearin turşusu) , Glycerine (Qliserin) , Fenoxyethanol (Fenoksietanol) ,Ethylhexyl glycerin (Etilheksil qliserin), Triethanolamine (Triethanolamin).
Təsiri: Analjezik(ağrıkəsici), xondroprotektor, iltihab əleyhinə və qızışdırıcı təsirə malikdir. Xaricə istifadə olunaraq travmatik, rematizmal və digər səbəblərdən baş verən ağrı sahələrində ağrıları azaldır və aradan qaldırır. Artrit, Rematoid artrit, osteoxondroz, osteoartrozlar, revmatik ağrılar, burxulma və dartılmalar, əzələ, oynaq və oynaqətrafı yumşaq toxunaların travmaları zamanı köməkçi vasitə kimi istifadə olunur.
Əks göstərişləri: Tərkibindəki komponentlərə qarşı həssaslıq .
Əlavə təsirləri : Nadir hallarda alergik reaksiyalar .
İstifadə qaydası : 12 yaşdan yuxarı şəxslərə. Gün ərzində 2-3 dəfə ağrı və travma müəyyən olunan nahiyələrə ovularaq sürtülür. (istifadə etdikdən sonra əllər yuyulmalıdır) Doza həddinin aşılması müşahidə olunmur və qeydə alınmayıb .
Xüsusi göstərişləri : Tərkibindəki komponentlərdən hər hansı birinə qarşı alergiya olduqda həkimlə məsləhətləşmək lazımdır .
Buraxılış forması : SELESTA 75 ml həcmə malik tubda içlik vərəqi ilə birlikdə kardon qutularda qablaşdırılır.
Saxlanma qaydası : Quru və uşaqların əli çatmayan yerdə 15-25 °C temperaturda saxlanılmalıdır.
İstifadə Müddəti: 3 il. Qutunun və tubun üzərində göstərilir. İstifadə müddəti bitdikdən sonra istifadəsi məsləhət deyil.
Aptekdən buraxılış qaydası : Reseptsiz buraxılır.
İstehsalçı :MET LİNE GIDA KOZMETİK İLAÇ MEDİKAL VE İTHALAT İHRACAT TİCARET LİMİTED ŞİRKETİ
Ünvan : HALİL RIFAT PAŞA MAH. YÜZER HAVUZ SK. PERPA TİC MER B BLOK NO: 1/1 İÇ KAPI NO: 2126 ŞİŞLİ İSTANBUL/TÜRKİYƏ
Dərman Vasitəsi deyil.Tibbi vasitədir.




